1 milyard insanı ölüm gözləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

1 milyard insanı ölüm gözləyir

1 milyard insanı ölüm gözləyir



Bu günkü meyllilik davam edərsə yaşadığımız əsrdə 1 milyarddan çox insan siqaret səbəbindən öləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Dünya Ağciyər Fondunun hazırladığı hesabatda yazılıb.

Hesabatda bildirilir ki, təkcə 2013-cü ildə 6 milyondan çox insan tütün istifadəsinə görə dünyasını dəyişib.

Bu müddətdə tütün şirkətlərinin ümumi dövriyyəsi 44 milyard dollardan çox olub ki, bu da tütün sənayesinin ölən hər insandan 7 000 dollar qazandığın göstərir.

Dünya Ağciyər Fondu və Amerika Xərçəng Dərnəyinin 2013-cü ilin məlumatları əsasında hazırladığı Qlobal Tütün Atlasına görə dünyada il ərzində 5 trilyon 500 milyarddan çox siqaret çəkilir.

Bir çox inkişaf edən ölkələrdə siqaret istehlakı azalsa və ya sabit qalsa da Afrika ilə Asiyadakı kasıb ölkələrdə siqaret aludəçiliyi çoxalır.

Qadınlar arasında da siqaret istehlakında və ağciyər xərçənginə yaxalanma hadisələrində çoxalma baş verib. Tütün Atlasına görə, 24 ölkədə qadınlar kişilərdən daha çox siqaret çəkir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *