Gedək üzü... öz qapımıza?! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol, Köşə

Gedək üzü... öz qapımıza?!

Gedək üzü... öz qapımıza?!


Amal Abuşov

Başlayaq ondan ki, milli komandamızın Belarusla yoxlama oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ciddi səhv idi. Bu addım faktiki millini dəstəksiz qoymaq, boş tribunalar qarşısında oynamağa məcbur etmək kimi qəbul olunmalıdı.

Bəli, "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini BOS-da qəbul etməsi bizim xeyrimizə oldu. Təşkilatçılar qərar verərkən risk etmişdilər. Bu riskin fəsadlarını "Roma” ilə qarşılaşmada çox ciddi hiss etdik. Sonradan isə vəziyyət düzəldi. Tribunlar doldu, "Qarabağ” 70 minə yaxın azarkeşin dəstəyi altında meydana çıxdı. Eyni zamanda da bütün Avropaya Bakıdakı müasir stadionu nümayiş etdirdik. Amma Belarusiya ilə yoxlama oyununda bunu edə bilməyəcəkdik.

Birincisi ona görə ki, qarşılaşma ÇL səviyyəsində deyildi, adicə bir yoxlama oyunu idi. İkincisi də rəqibin adı nəzərə alınmalıydı. Sonrası da millinin "Qarabağ” qədər populyar olmaması, oyunun bayram günləri keçirilməsi və sair məqamlar gözdən qaçırılmamalıydı. Səlahiyyət sahibləri bütün bu ciddi məqamları gözardı etdilər. Nəticədə milli dəstəksiz, sahibsiz göründü. Heç şübhəm yoxdu ki, oyun Respublika stadionunda keçirilsəydi, daha çox azarkeş tribunada yerini alar, futbolçular da özlərini yalqız hiss etməzdilər.

Problem təkcə təşkilatçılıqla bağlı deyil. Belarusla qarşılaşma bizim futbolumuzda, millinin oyununda ciddi nöqsanların qaldığını bir daha göstərdi. Sanki Antalyadan hələ qayıtmamışdıq, Moldova ilə görüşün 3-cü hissəsini keçirirdik. Yeganə fərq rəqibin oyununda idi. Lukaşenkonun həmyerliləri moldovanlarlar daha dişli, daha səviyyəli görünürdülər.

Özümüzdən danışaq. Onsuz da həmişə danışırıq, yazırıq. Oxuyurlar da. Amma nəticə çıxarmırlar, əlac etmirlər. Cavid İmamverdiyevin uzaqdan vurduğu və çərçivədən yan keçən o zərbəsindən başqa millimiz Aleksandr Qutoru həyacanlandıra bildimi? Türkün sözü, "ufak-tefek” məqamları sadalamasaq, YOX. Əvəzində oyunun 85-ci dəqiqəsində qazandığımız künc zərbəsi zamanı topu arxaya ötürə-ötürə Kamran Ağayevə qədər çatdırdıq. Qurbanov mətbuat konfransında futbolçularına belə bir tapşırıq vermədiyini bildirdi.

Bəli, mən ona inanıram. Çünki futbolçularımızın kəramətinə bələdəm. Onların bacardıqları budu. Mövsüm ərzində səkkiz komandanın yarışdığı çempionatda günlərini keçirirlər, qarşılarına Belarus kimi bir rəqib çıxanda isə nə edəcəklərini bilmirlər, topu Kamrana ötürürlər. Bu futbolçulardan daha artığını gözləmək məndən alman dilində yazı yazmağı tələb etmək kimidi. Mən də bacarmayacam, necə ki, onlar bacarmırlar.

Amil Yunanovun əvəzlənməsindən sonra Azərbaycan millisi faktiki hücumçusuz oynayırdı. Ramil Şeydayev U-21-in heyətindədi, Rauf Əliyev isə evində. Ruslan Qurbanovun oyunu ilə bağlı sussam yaxşıdı... Başqa heç kimimiz yoxdu. Amilin isə milli üzvü kimi bişməsi, bərkiməsi üçün isə zamana ehtiyacı var. Rəqiblərimiz isə bu zamanı gözləməyəcək, çünki özümüz xeyli zamanı boşa vermişik.

Yoxlama oyununda uduzmaq faciə deyil. Moldovaya bata bilmdəik, Belarusa uduzduq. Heç Makedoniya ilə oyundan da xüsusi nəsə gözləmirəm. Dünən qatıldığım bir radio proqramında da Belarusa uduza biləcəyimizi, bunun faciə olmayacağını demişdim. Faciə bu nəticələr yox, doğru-düzgün 11 futbolçumuzun olmamasıdı. AFFA hər il 25-30 milyon pul xərcləyir. Amma bu pulun hər milyonuna bir futbolçu ortaya çıxara bilmirik.

Elə bir futbolçu ki, rəqibin qapısı qarşısında nə edəcəyini düşünməsin, topu tez-tələsik ayağından çıxarıb, hara gəldi vurmasın, hesabda geri olduğumuz vaxt künc zərbəsini öz qapımıza doğru istiqamətləndirməsin... Qalan şeylər barədə ondan sonra danışmaq olar.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *