Dünən Azərbaycanda axtarışda olan 23 nəfər saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Dünən Azərbaycanda axtarışda olan 23 nəfər saxlanılıb

Dünən Azərbaycanda axtarışda olan 23 nəfər saxlanılıb

Martın 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *