Kəmaləddin Heydərovla bağlı üzücü xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kəmaləddin Heydərovla bağlı üzücü xəbər

Kəmaləddin Heydərovla bağlı üzücü xəbər


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində ciddi problemlər yaranıb.

GunAz.org-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun səhhətindəki problemlər səbəbindən yanında həmişə həkim gəzdirir.

Məlumatda bildirilir ki, Heydərov azərbaycanlı təbiblərə deyil, əcnəbi həkimlərə etibar edir. Həmişə nazirin yanında olan həkimin də əcnəbi olduğu məlumatda əksini tapıb.

Azərbaycan mediasında “fövqəlnazir” kimi tanınan Kəmaləddin Heydərovun hansı xəstəlikdən əziyyət çəkdiyi dəqiq məlum olmasa da tez-tez xaricdə müalicə kursları keçdiyi bildirilir.

Qeyd edək ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib.

Ailəlidir. 2 övladı var.

Naxçıvanda mühüm dövlət vəzifələrində çalışmış Fəttah Heydərovun oğludur.

“Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun atasıdır.

Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını “Kamal” imza ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi “Nigaranam” mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın “Sənə güvəndiyim dağlar” adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.

Kəmaləddin Heydərov Fövqəladə hallar naziri olmaqla yanaşı Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Mənbə: GunAz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *