Azərbaycanlı Bəsti Akdəniz Türkiyədə köhnə əri ilə birləşib təzə ərini öldürdü... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycanlı Bəsti Akdəniz Türkiyədə köhnə əri ilə birləşib təzə ərini öldürdü...

Azərbaycanlı Bəsti Akdəniz Türkiyədə köhnə əri ilə birləşib təzə ərini öldürdü...

Türkiyənin Ankara şəhərində 5 il öncə avtomobil qəzasında ölən 71 yaşlı Ziyaəttin Akdənizin azərbaycanlı həyat yoldaşının sifarişi ilə öldürüldüyü ortaya çıxıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin təfərrüatlarını araşdıran polis mərhumun ölümündə 57 yaşlı həyat yoldaşı Bəsti Akdıniz və daha əvvəl sevgili olduğu 60 yaşlı Saadettin Özkayadan şübhələnib.

Hadisə şahidləri avtomobilin çox sürətlə hərəkət etdiyini və əyləci basmadan edərək Z. Akdənizə çırpıldığını bildiriblər. Polis hadisənin qəsdən törədilə biləcəyindən şübhələnərək qəza baş verən Atasoy küçəsində quraşdırılmış bütün kameraları izləyib və hadisəni törədən şəxsin qəza anından əvvəl bir neçə dəfə telefonla danışdığını müəyyənləşdirib. Şübhəli Z. Akdənizi idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən qaçıb. Lakin çox keçmədən polis onu saxlamağa müvəffəq olub. Dindirilmə zamanı o, hadisənin təsadüfən baş verdiyini, avtomobilinin borcunu ödəməyə gələrkən qəfil qəza törətdiyini bildirib. Borclu olduğu şəxs isə mərhumun həyat yoldaşı Bəsti Akdeniz olub. Araşdırma zamanı şübhəlinin mərhumun həyat yoldaşı ilə əvvəllər sevgili olduğu ortaya çıxıb.

Bundan sonra Bəsti Akdəniz də saxlanılıb. O, ifadəsində S. Özkaya ilə əvvəllər birlikdə yaşadığını etiraf edib. Qeyd edib ki, ayrılandan sonra oğlu S. Özkaya ilə birgə yaşadığından tez-tez görüşməli olublar. Polis hadisə baş verən gün də onlar 8-9 dəfə telefonla danışdıqlarını müəyyən edib.

5 il sürən məhkəmə prosesindən sonra Bəsti Akdəniz və Saadettin Özkaya haqqında ömürlük həbs qərarı çıxarılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *