Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi

Bu dəqiqələrdə “Komsomolskaya pravda” qəzetinin Kuban əlavəsi Krasnodar vilayətinin hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev birgə yaşadığı qadının 5 yaşlı qızını qətlə yetirdiyini etiraf edib.

Polisdəki dindirmədə Şahmirzəyevə “yalan detektoru” qoşublar. Nəticədə o, uşağı öldürdüyünü və meyitini basdırdığını boynuna alıb. Hazırda qatil uşağın meyitini basdırdığı yeri müstəntiqlərə göstərir, istintaq hərəkətləri aparılır. Yaxın saatlarda bu səs-küylü cinayətlə bağlı rəsmi məlumat yayılması gözlənilir. Şahmirzəyevin bu dəhşətli cinayəti hansı motivlə törətməsi məlum deyil.

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi


***21:41

Rusiyanın Soçi şəhəri ətrafındakı Bestujevsk kəndində ötən gün martın 13-də 5 yaşlı qız yoxa çıxıb.

Virtualaz.org xəbər verir ki, bu haqda məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Veronika Trişkina adlı qızın axşam saat 6 radələrində evlərinin həyətindən yoxa çıxdığı bildirilir, onun axtarışı bütün gecə davam edib. Amma uşaq tapılmayıb. Axtarış işlərinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, kinoloqlar, könüllülər, yerli sakinlər qoşulublar.

Uşağın yoxa çıxdığı haqda polisə onun atalığı, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev məlumat verib. Bu gün isə Şahmirzəyev özü Adler rayonundakı hostellərdən birində, Abxaziya ilə sərhədin yaxınlığında polislər tərəfindən tutulub. Onun Abxaziyaya qaçmağa cəhd etdiyi bildirilir. Hazırda Şahmirzəyev dindirilir, onu Rusiyada qeyri-leqal yaşadığı məlum olub.

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi


Xəbərlərə görə Şahmirzəyev hadisə vaxtı evdə uşaqlarla tək olub. O, polisə bildirib ki, bankomatdan pul çıxarmaq üçün evdən çıxıb, geri qayıdanda uşağı evdə tapmayıb. Bu versiyanın nə dərəcədə inandırıcı olduğu hələ məlum deyil.

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi


Uşağın axtarışları bu gün əlavə qüvvələr də cəlb edilməklə davam etdirilib. Yerli KİV-lər xəbər verir ki, kəndin yaxınlığındakı çayda, qonşu yaşayış məntəqələrində və bağçılıq təsərrüfatlarında da axtarışlar gedir. Qızın axtarışına 1000-ə yaxın adam qoşulub. Günün ikinci yarısında axtarış əməliyyatları üçün vertolyot da qaldırılıb. Habelə axtarışlarda teplovizorla təchiz edilmiş iki kvadrokopter, atlı kinoloqlar, “Rosqvardiya”, xilasetmə xidməti və çoxsaylı könüllü iştirak edir. Axşam saatlarında axtarış əməliyyatları məhdudlaşdırılıb, uşağın axtarışı sabah davam edəcək.

Rusiya İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə idarəsi bildirib ki, 5 yaşlı qızın itkin düşməsi ilə bağlı “qətl” maddəsi ilə cinayət işi qaldırılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *