Elşad Barat Mikayıl Müşfiqi təhqir etdi » AzNews.info -Xəbər portalı

Elşad Barat Mikayıl Müşfiqi təhqir etdi – FOTO

Elşad Barat Mikayıl Müşfiqi təhqir etdi



Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm.

Bunu öz “Facebook” statusunda Elşad Barat adlı gənc şair yazıb.

E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin – red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür. “Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub. Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E.Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib.

Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E.Baratı boykot etməyə çağırıblar.

Tanınmış ziyalı, yazıçı-dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

“Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın”.

Elşad Barat Mikayıl Müşfiqi təhqir etdi
Elşad Barat Mikayıl Müşfiqi təhqir etdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *