Avropa Oyunlarının himnini Kelli Coys və Tünzalə Ağayeva ifa edəcək? » AzNews.info -Xəbər portalı

Avropa Oyunlarının himnini Kelli Coys və Tünzalə Ağayeva ifa edəcək?

Avropa Oyunlarının himnini Kelli Coys və Tünzalə Ağayeva ifa edəcək?


İnternetdə Birinci Avropa Oyunları-2015-in himninin fransız müğənni Kelli Coys və Tünzalə Ağayevanın ifa edəcəyi barədə informasiya yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat kellyjoyce.ru saytında yayılıb.

Birinci Avropa Oyunlarına dair materialda qeyd edilib ki, böyük tamaşaçı auditoriyasının konsert proqramından həzz alacağı şübhəsizdir.

“Rejissor 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasiminin yaradıcısı Dimitris Papaioannudur (Dimitris Papaioannou). Ona görə də emosiyalara zəmanət verilir, xüsusilə də Avropa Oyunları 2015-in himni səslənən zaman. Onu isə Kelli Coys (Kelly Joyce) və Tünzalə Ağayeva ifa edəcəklər. Çıxış nömrəsi təsadüfən fransız-Azərbaycan, beynəlmiləl deyil. İş ondadır ki, kompozisiya idman davranışına, yəni ədalət və dostluğa əsaslanan beynəlxalq münasibətlər ruhunu vurğulamağa sövq edilib”.

Materialda qeyd edilib ki, mahnı haqqında məlumat Avropa Oyunları-2015 başlayana qədər açıqlanmayacaq.

“Kompozisiyanın adı və müştərək işin gedişatı ciddi şəkildə məxfi saxlanılır. Bu unikal musiqili tandemə aid təfərrüatlara yalnız Bakıda planlaşdırılmış bir sıra çıxışları əlavə etmək olar.

Maraqlısı odur ki, ifaçılar bu yaxınlarda tanış olublar – keçən ilin dekabr ayının 5-də fransız ulduzunun rəsmi Facebook səhifəsində “Yeni rəfiqəm, Azərbaycandan olan müğənni Tünzalə Ağayeva ilə” yazısı altında şəkil paylaşılıb.

Kelli Coys və Tünzalə Ağayeva qarışıq janrda işləyirlər – onların treklərində ölkələri üçün populyar və ənənəvi musiqi cazla uzlaşır, əsasən də ritm-n-blyuz və soul elementləri səslənir.

Həm fransız, həm də azərbaycanlı ulduz yüzilliyin əvvəlində böyük səhnəni fəth etməyə başlayıblar və indi onlar böyük nəticələr əldə ediblər. Kelli Coysun diskoqrafiyasında beş solo albom var, ən hit mahnıları arasında isə “VIvre la vie”, “Chocolat”, “Rendez Vous” mahnıları yer alır. Tünzalə Ağayeva isə yeddi albom yazdırıb, məşhur mahnıları arasında isə “Sevgilər”, “Sənsiz”, “Gülbahar” kompozisiyalarıdır.

Öz növbəmizdə oxucularımızı Kelli Coysun ifasında “Ce Que J’aime De Toi” mahnısı ilə tanış etmək istərdik.

Xatırladaq ki, Birinci Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Bu, 50 Milli Olimpiya Komitələrini təmsil edən 6 000 atletin iştirak edəcəyi beynəlxalq tədbirdir. Oyunlar iyun ayının 12-də başlayacaq və iki həftədən bir qədər uzun çəkərək ayın 28-də başa çatacaq.

Olimpiada və digər mötəbər tədbirlər tərəfindən qoyulan ənənəyə görə, açılış və bağlanış mərasimi olacaq. Onların keçirilmə yeri Bakının yeni tikilən və 70 000 tamaşaçı üçün nəzərdə tutulan “Milli stadionu”dur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *