Azərbaycanda günəş batareyalı bel çantası hazırlandı » AzNews.info -Xəbər portalı

Azərbaycanda günəş batareyalı bel çantası hazırlandı

Azərbaycanda günəş batareyalı bel çantası hazırlandı


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıblar.

Bunu Trend-ə layihənin rəhbəri Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, çantanın əlavə akkumulyatorları var ki, onlar çanta günəş olarkən enerji yığacaq: "Çanta hərbi qurumlar tərəfindən, eləcə də uzun səhayətlər zamanı, mobil telefonların enerji yığması üçün istifadə oluna bilər. Hazırda biz ukraynalı tərəfdaşlarımızla birgə çantanın funksionallığını artıracaq layihə üzərində işləyirik".

Qeyd olunur ki, söhbət bel çantası ilə Kiyev Politexnik İnstitutunun ekotexnologiya laboratoriyası tərəfindən yaradılmış səyyar sutəmizləyici qurğunun funksionallığının uyğunlaşdırılmasından gedir. Bu qurğu bir saat ərzində 30 litr çirkli suyu təmizləmək gücündədir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *