Naxçıvanda Orta İxtisas Polis Məktəbi yaradıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Naxçıvanda Orta İxtisas Polis Məktəbi yaradıldı VASIF TALIBOVDAN SƏRƏNCAM

Naxçıvanda Orta İxtisas Polis Məktəbi yaradıldı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 5-də bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi” təsdiq edilib, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görmək, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *