Yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon ayrıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon ayrıldı

Yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon ayrıldı


Azərbaycan prezidenti İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli, Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *