Mirşahinin telekanalında kimlər işləyəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

Mirşahinin telekanalında kimlər işləyəcək?

Mirşahinin telekanalında kimlər işləyəcək?


Bu gün Milli Televiziya və Radio Şurasının peyk yayımı lisenziyası verdiyi "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (REAL TV) artıq test yayımına başlayıb.

Məlumata görə, yeni telekanal "Azerspace. Tezlik 11135. Polarization - Horizontal. Symbol Rate 27500” tezliyində sınaq yayımındadır və yaxın vaxtlarda tam gücü ilə efirə çıxacaq.

Artıq yeni telekanalın ofisinin yeri və kollektivinin əsas sütunları müəyyənləşib. Bir çox keçmiş ANS-çilər: Ləman Ələşrəfqızı, Səbinə Heydərova, Afət Telmanqızı, Lalə Nürəddinqızı, Mehman Rəsulov, Ziya Babayev, Xatirə Məmmədova, Vüsalə Xanməmədqızı, Natiq Nailəoğlu, Azər Qarayev, Azər Məmmədov, Orxan Məmmədli, Ayşən Rüstəmovanın burada işləyəcəyi dəqiqləşib.

Yeni telekanalın mart ayının axırınadək peyk vasitəsi ilə ümumi yayıma çıxacağı bildirilir. Kanalın rəhbəri tanınmış jurnalist Mir Şahin Ağayevdir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *