Ayselin Azərbaycan dilindəki mahnısı sonuncu oldu » AzNews.info -Xəbər portalı

Ayselin Azərbaycan dilindəki mahnısı sonuncu oldu – VİDEO

Ayselin Azərbaycan dilindəki mahnısı sonuncu oldu


Bu il Azərbaycanı "Eurovision"da təmsil edəcək Aysel Məmmədovanın (Aisel) Azərbaycan dilində olan mahnısı ən az səs toplayıb.

AzNews.info qafqazinfo-ya istinadən xəbər verir ki, sorğu Avropanın 31 ölkəsində olan 300 nəfər arasında keçirilib.

Səsvermədə Aysel üçün təqdim olunan 3 mahnıdan (milli, pop və caz) Azərbaycan dilində etnik çalarların olduğu bəstə az bal toplayıb.

Sənətçinin çalışdığı "DreamTeam" şirkəti "INFE Azerbaijan"a sənətçinin ifa edəcəyi mahnı ilə bağlı açıqlama verib:

"Bizə görə mahnının janrı önəmli deyil, önəmli olan pis və ya yaxşı mahnı olmasıdır və Aiselin mahnısı çox yaxşıdır. O bizdən yaxşı mahnılar istədi. Gənc ifaçı bizə demədi ki, mən pop, caz və etnik mahnı oxuya bilmərəm. Biz bu üç janırda tapıla biləcək ən yaxşı mahnıları Aiselə təqdim etdik".

Qeyd edək ki, "Eurovision" üçün hazırlanan mahnı və klip martın 4-də təqdim olunacaq.


Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *