İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi - O da ilk gündən gəlinini işə götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi - O da ilk gündən gəlinini işə götürdü

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi - O da ilk gündən gəlinini işə götürdü


Qazax rayonu İkinci Şıxlı kəndində maraqlı hadisə baş verib.

AzNews.info avropa.info-ya istinadən xəbər verir ki, İkinci Şıxlı kəndi 1 nömrəli uşaq baxçasının müdirəsi Sədaqət Rəsulova və Turan adlı müəllimə işdən azad ediliblər.

Fevralın 27-də S.Rəsulovanın yerinə həmin bağçada xadimə işləyən Məhəbbət adlı xanım təyin edilib. O da öz növbəsində Turan müəllimənin yerinə öz gəlinini işə götürüb. Məlumata görə, xadimə Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib.

G.Həsənova xəbəri təsdiqləyərək yeni bağça müdirəsinin tibb texnikumunu bitirdiyini, bu səbəbdən də onun bağça müdirəsi təyin edilməsində heç bir problemin olmadığı deyib

Mənbə: Avropa.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *