Azərbaycan vətəndaşlarına vizalar “ASAN Viza” vasitəsilə veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycan vətəndaşlarına vizalar “ASAN Viza” vasitəsilə veriləcək

Azərbaycan vətəndaşlarına vizalar “ASAN Viza” vasitəsilə veriləcək

"Azərbaycan vətəndaşlarına "ASAN xidmət" mərkəzləri tərəfindən viza verilməsi üçün "ASAN Viza" - 2 konsepsiyası hazırlanıb".

Virtualaz.org-un məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

"Məqsəd odur ki, vahid platformada Azərbaycan vətəndaşları müraciət edərək vizaların alınması üçün xarici ölkələrin Azərbaycandakı konsulluqlarından viza əldə edə bilsinlər. Bu bizim həmin ölkələrin konsulluq xidmətləri ilə əməkdaşlığımızdan asılıdır. Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Ümid edirik ki, pilot layihə çərçivəsində bir neçə səfirliklə artıq əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ ilkin danışıqlar gedir. Yekun danışıqlardan sonra vaxt müəyyən olunacaq", - deyə Dövlət Agentliyinin sədri bildirib.

Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *