"İspan təyyarəçilər Azərbaycanda təhsil alıblar" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

"İspan təyyarəçilər Azərbaycanda təhsil alıblar"

"İspan təyyarəçilər Azərbaycanda təhsil alıblar"


İspaniyanın RTVE telekanalında yayımlanan “La aventura del Saber” verilişinin növbəti mövzusu Azərbaycan olub. Ölkəmizin keçmişi və ən yeni tarixi barədə söhbət etmək üçün verilişə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, “Azərbaycan səmasında” sənədli filminin prodüsseri Eleanora Vatral və kinodokumentalist Roberto Alqarra dəvət edilib.

Eleanora Vartal filmin hazırlanması zamanı Azərbaycan haqqında öyrəndiklərindən danışıb, xalqımızın qonaqpərvərliyi və ölkəmizin gözəlliyi barədə təəssüratlarını bölüşüb.

“Azərbaycan səmasında” filmindən söhbət açan Roberto Alqarra qeyd edib ki, İspaniyada vətəndaş müharibəsi dövründə ispan təyyarəçilərinin Azərbaycanda təhsil aldıqlarını və hətta ikinci Dünya müharibəsi illərində nasist Almaniyasına qarşı vuruşduqlarını öyrəndikdən sonra bu barədə film çəkməyi qərara alıb. Bunun üçün Azərbaycanın İspaniyadakı səfirliyinə müraciət edib.

Səfir Altay Əfəndiyev bildirib ki, plana həmin pilotların ailələri ilə görüşmək də daxildir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *