Qalmaqallı polis rəisi işdən çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Qalmaqallı polis rəisi işdən çıxarıldı

Qalmaqallı polis rəisi işdən çıxarıldı


Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.

Qafqazinfo xəbər verir ki, hələ ki, onun yerinə təyinat həyata keçirilməyib. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır. Onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, R. Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur.

Qeyd edək ki, R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılıb. Sonuncu dəfə onun 2017-ci ilin dekabr ayında qəza törətməsi haqda mediada xəbər yayılmışdı. Xəbərə görə, Rəhim Zalov idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib və piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Piyada ağır xəsarət alıb.

Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *