Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş...

Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş...


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun bir müddət əvvəl şəxsi “facebook” hesabında “qanuni oğru” Nadir Səlifovla birgə çəkdirdiyi şəklini paylaşması maraqla qarşılanmışdı.

Savash.org-un məlumatına görə, yenicag.az adıçəkilən şəxslə bağlı bir sıra maraqlı məlumatlar əldə edib.

Məsələ burasındadır ki, Haqverdinin “Lotu Quli” ilə şəkil çəkdirməsi heç də təsadüfi deyil. Onun özü də kriminal aləmin nümayəndəsi hesab olunur. “Lotu Quli”yə yaxınlığı ilə bilinən Yusifov “qanuni oğru”nun “bratva”sıdır. Haqverdi isə bu aləmdə “Malış Dnepr” ləqəbi ilə tanınır.

Görəsən, millimizin sabiq futbolçusu kriminal aləmə necə üzv olub? Əzəldən onda belə bir maraq var idimi? Bu suala aydınlıq gətirmək üçün həmin dönəm yığmada Haqverdi Yusifovun baş məşqçisi olmuş Adil Şükürovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:

“O uşaq elə şeylərdən uzaq idi. Ola bilər ki, indi ətrafı dəyişib. Haqverdi əvvəllər “Neftçi” İSM-də olub, daha sonra “Bakı”ya keçmişdi. Sakit, kollektivə uyğunlaşan biri idi. Vurub-dağıtmağa meyilli olduğunu da görməmişəm. Danışdırsan danışardı, danışdırmayanda da dinməzdi”.

Mənbə: Savash.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *