20 polis əməkdaşı artıq çəkiyə görə işdən çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

20 polis əməkdaşı artıq çəkiyə görə işdən çıxarıldı

20 polis əməkdaşı artıq çəkiyə görə işdən çıxarıldı

Ötən il Tacikistan Daxili İşlər Nazirliyinin 20 əməkdaşı artıq çəkiyə görə tutduğu vəzifədən kənarlaşdırılıb.

AzərTAc xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ramazon Rahimzoda bildirib. Nazir qeyd edib ki, bununla bağlı əmr qüvvədə qalır. İşdən çıxarılan əməkdaşlara özlərini formaya salmaq üçün vaxt verilib. Onlar yalnız bundan sonra işə bərpa oluna bilərlər.

Nazirin sözlərinə görə, daxili işlər orqanları əməkdaşları yaxşı fiziki formada olmağın vacibliyi barədə dəfələrlə xəbərdar ediliblər. Hətta dekabrda çəkisi normadan çox olanlara bir ay vaxt verilmişdi ki, artıq çəkini atsınlar. Arıqlamağa imkan tapmayanlar işlə vidalaşmalı olublar.

Bundan əlavə, DİN bütün əməkdaşları üçün boy və çəkinin uyğunluğuna dair normativlər müəyyənləşdirib. Məsələn, boy 170 santimetrdirsə, çəki 75 kiloqramdan çox olmamalıdır.

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *