Bayramın ən ucuz bazarları (SİYAHI) » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bayramın ən ucuz bazarları (SİYAHI)

Bayramın ən ucuz bazarları (SİYAHI)


Kənd Təsərrüfatı Nazirliyi bayram yarmarkalarının ünvanlarını açıqlayıb.

Nazirliyin Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtın bəzi rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Yarmarkalar, Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə keçiriləcək.

Bayram yarmarkalarının ünvanlarını təqdim edirik:

Xətai rayonu (2 ünvanda) -Ukrayna dairəsinin yanı;

-Bakı kinoteatrının yanı;

Nəsimi rayonu -S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu -Akim Abbasov küçəsi, İran klinikasının yanı;

Nərimanov rayonu -Gənclik metrosunun yanı;

Səbail rayonu -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu (2 ünvanda) -Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı


-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə əlavə məlumat veriləcəkdir.

Əlaqə telefonu: Nazirliyin “Qaynar xətt”i-1652

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *