Bakıda tikinti şirkətinin işçiləri evini tərk etmək istəməyən sakinləri daşa basdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda tikinti şirkətinin işçiləri evini tərk etmək istəməyən sakinləri daşa basdı – VİDEO

Bakıda tikinti şirkətinin işçiləri evini tərk etmək istəməyən sakinləri daşa basdı

Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən “Olympus Park” MMC tikinti şirkətinin işçiləri evlərini satıb köçmək istəməyən sakinləri daşa basıb. Virtualaz.org sosial şəbəkələrdə yayılan görüntülərə əsasən bildirir ki, bu hadisə fevralın 6-na keçən gecə baş verib. Şirkətin bir qrup işçisi gecə saatlarında sakinlərin həyətlərinə ekskavatorla hücum çəkib, müqavimət göstərməyə çalışan sakinlər isə daşa basılıb.

Bu ünvanda evlərini kompensasiyanın məbləğinin aşağı olmasına görə şirkətə satmaqdan imtina edən bir neçə sakinlə “Olympus Park” arasında münaqişə neçə vaxtdır davam edir. Sakinlərdən Zemfira Babayeva deyir ki, şirkət onun evinin hər kvadratmetrinə görə 1650 manat təklif edir. Amma həmin məbləğə Yasamalda özünə mənzil tapa bilmir. “Demişəm ki, bu ev mənim şəxsi mülkümdür, satmıram. Onlar isə bizi daşa basıb qovurlar”-sakin deyir.

Məlumata görə Yasamal rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov hadisə yerinə gedərək sakinlərlə şirkət arasında razılaşma əldə olunana qədər tikintinin dayandıralacağını deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *