Əbülfəs Qarayev Tağıyevin evinin bərpa olunacağının anonsunu verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix

Əbülfəs Qarayev Tağıyevin evinin bərpa olunacağının anonsunu verdi

Əbülfəs Qarayev Tağıyevin evinin bərpa olunacağının anonsunu verdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Ev-muzeyinin yenidən qurulacağının anonsunu verib.

Xatırladaq ki, bir müddət öncə virtualaz.org və haqqin.az saytlarının redaksiyaları H.Z.Tağıyevin şəhər kənarında yerləşən evinin bərpası və onun Ev-muzeyinin yaradılması üzrə ictimai kampaniyaya başlanması barədə qərar vermişdi.

Tağıyevin evi görkəmli memar Yozef Qoslavski tərəfindən XIX əsrin sonunda tikilib. Bolşevik hakimiyyəti məşhur mesenatın bütün mülkiyyətini əlindən almış və ona onlardan yalnız birində yaşamağa icazə vermişdi. Ö öz seçimi üzrə çoxsaylı evlərindən məhz Mərdəkandakı evi seçmişdi. H.Z.Tağıyev 1924-cü ildə elə həmin evdə dünyasını dəyişmişdi...

Əbülfəs Qarayev Tağıyevin evinin bərpa olunacağının anonsunu verdi


"Baxmayaraq ki, dövlətdə imkan yoxdur, biz müxtəlif sponsorlar vasitəsi ilə Hacı Zeynalabdin Tağıyevin Ev-muzeyində müəyyən bərpa işləri görmək istəyirik", - deyə Əbülfəs Qarayev bu gün bildirib.

O qeyd edib ki, bərpa işlərinin 2018-ci il ərzində başlanacağı gözlənilir: "Bu məsələ tərəfimizdən qaldırılıb. Hazırda belə evlər ayrıca siyahıya alınır. İndi əsas məsələ onların dövlət reyestrinə əlavə olunmasını təmin etməkdir".

Nazir əlavə etdi ki, hazırda sponsorların köməyi ilə Mirzə Ələkbər Sabirin Ev-muzeyi bərpa olunur: "Sabirin Ev-muzeyi müasir olacaq. Bu sahədə ictimaiyyətin iştirakını artıq aktivləşdirmək lazımdır. Azərbaycanda hər bir vətəndaş bilməlidir ki, bizim mədəni irsimiz - bizim sərvətimizdir. Biz öz münasibətimizlə ona nümayiş etdirməliyik ki, bu - mənimdir. Mən bunu dağıtmamalı, müdafiə etməli və qədrini bilməliyəm. Biz bu işləri dövlətin dəstəyi ilə paralel olaqrq imkanlı insanların, sponsorların hesabına həyata keçirmək istəyirik".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *