"WhatsApp" vasitəsilə yayılan həyəcanlı səslər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

"WhatsApp" vasitəsilə yayılan həyəcanlı səslər - DİQQƏTLİ OLUN!

"WhatsApp" vasitəsilə yayılan həyəcanlı səslər


Ötən gün "WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə paytaxtda fəaliyyət göstərən məktəbin qarşısında narkotik tərkibli həblərin paylanılması ilə bağlı səs yazısı yayılıb.

Göndərilən səs yazısında rəngli konfet formasında olan həblərin uşaqlara paylanıldığı, valideynlərin isə bu məsələdə diqqətli olmaları tövsiyə olunur.
Metbuat.az-a açıqlama verən Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yayılan məlumatlar yalandır və heç bir əsası yoxdur.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında bildirib ki, bu cür məlumatların kütləvi informasiya vasitələrində yayılması qanuna ziddir:

“Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, internet KİV olaraq qəbul edilib. Sosial şəbəkə alətləri də onun tərkibinə aid edilir. Azərbaycan məhkəmələrində sosial media və şəbəkələrlə yayılan qeyri-qanuni informasiyalarla bağlı dəfələrlə məhkəmə çəkişmələri olub. Buradan belə qənaətə gəlmək olur ki, kimsə bu cür resurslardan istifadə edib kütləvi formada qeyri-qanuni informasiyalar yayırsa, hüquq-mühafizə orqanları dərhal bu məsələyə reaksiya verib və qarşını almalıdırlar. Yəni, bu, açıq-aşkar qanun pozuntusudur. Burada artıq hüquq-mühafizə orqanları sözünü deməlidir”.

Vəkil Heyrat Qarayev isə bildirib ki, bu cür yalan informasiyalar əvvəlki illərdə də olub və araşdırılan zaman heç bir öz həqiqəti tapmayıb:

“Bununla bağlı həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmalı, çox ciddi araşdırma aparılmalıdır. Burada söhbət uşaqların hüquqlarının müdafiəsi məsələsidən gedir. Bu, çox ciddi məsələdir. Ona görə də, belə bir hal aşkar olunarsa, dərhal hüquq-mühafizə orqanina müraciət etməliyik”.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *