Bölmə: Sosial, Futbol

Dünyanın ən zəngin idmançılarının adları açıqlandı

Dünyanın ən zəngin idmançılarının adları açıqlandı

Forbes nəşri dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, amerikalı basketbolçu Maykl Cordan dünyada bütün dövrlərin ən varlı idmançısı adını qazanıb.

Basketbolçu karyerası ərzində 1,85 milyard dollar qazanıb. İlk üçlüyə həmçinin qolfçular Tayqer Vuds (1,7 milyard) və Arnold Palmerin (1,4 milyard) adları daxil edilib.

Siyahıda dördüncü yerdə qolfçu Cek Niklaus (1,2 milyard), beşinci “Formula-1” pilotu (1 milyard), altıncı isə qolfçu Fil Mikelson (815 milyon).

Futbolçular arasında ən zəngin İngiltərə yığmasının sabiq oyunçusu Devid Bekhem olub. O karyerası ərzində 800 milyon dollar qazanıb.

Portuqaliyalı Kriştiano Ronaldo 12-ci (725 milyon), argentinalı Lionel Messi isə 16-cı (600 milyon) pillədə qərarlaşıb.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *