Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir?

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir?


Son illər Azərbaycanda geniş miqyaslı abadlıq, tikinti-quruculuq işləri aparılsa da, həllini gözləyən problemlər də az deyil. Onlardan biri də torpaq sahələrinin qanunsuz zəbt edilməsi və qeyri-qanuni tikililərlə bağlıdır. Bu problemlərin həlli ilə bağlı ölkə başçısının konkret tapşırıq və qərarları olsa da, ancaq bəzi hallarda kimlərsə buna məhəl qoymaq istəmir.

Yəqin ki, çoxları hava limanı-Qala-Mərdəkan avtomobil yolunun nə qədər rahat və müasir olduğunu görüb. İnsanların rahatlığı üçün bu yolun kənarlarında abadlıq işləri də görülüb, müasir tikililər inşa edilib və sairə. Ancaq Mərdəkan şosse yolunun Xəzər rayonunun Qala qəsəbəsinin girişində, hava limanı yolunun üzərində yerləşən hektarlarla torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilərək hasarlanması görülən işlərə kölgə salır. Nəzərə alsaq ki, həmin ərazi həm də Prezident İlham Əliyevin hər gün gedib-gəldiyi avtomobil yolunun üzərində yerləşir, o zaman sözügedən ərazinin qanunsuz şəkildə hasarlanması daha çox aktuallıq kəsb edir. Haqqında bəhs etdiyimiz ərazi hazırda keyfiyyətsiz və təyinatı üzrə olmayan materiallarla hasarlanıb, içərisində isə qeyri-qanuni tikinti işləri başladılıb. Ərazinin abad görünüşünün hansısa şəxslər tərəfindən pozulması sakinləri də dilə gətirib.

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir?



Yaxınlıqda yaşayan sakinlər deyir ki, ərazi gecə saatlarında anidən hasarlanıb və orada pivə zavodu tikmək istəyirlər. Qanunsuz ucaldılan hasarların özü bir qalaya bənzəyir.

Sakinlər deyir ki, hasarın içərisindən qalxan toz-torpaq insanların əhvalını korlayır. Eyni zamanda bu vəziyyət anti-sanitariyanın da yaranmasına bilavasitə səbəb olur. Bütün bunların fakt olmasına baxmayaraq, nədənsə aidiyyatı qurumlar, o cümlədən Xəzər rayon İcra Hakimiyyəti susur. Təəssüflə qeyd etmək lazımdır ki, bu cür qanunsuz tikintilər əksər hallarda bələdiyyələrin, icra orqanlarının gözü qarşısında, çox güman ki, razılıqları ilə həyata keçirilir. Özünüidarəetmə orqanı olan bu qurumlar indiyə kimi insanlara torpaq satanda, necə deyərlər, ağına-bozuna baxmayıblar, harada gəldi - istər strateji yerlər olsun, istər Prezidentin keçdiyi yolun üzərində olsun, istər transformatorların yaxınlığı olsun, istər yüksək gərginlikli xətlərin altı, istərsə də dəmiryolu xətlərinin mühafizə zolaqları - fərq bilməyiblər, təki torpaq satılsın, həmin sahələrdə evlər tikilsin, obyektlər salınsın. Amma düşünülməyib ki, satdıqları torpaq sahələrində inşa edilən obyektlərlə ümumi ərazinin mənzərəsi pozula bilər, qəza baş verə bilər və sairə.

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir?



Torpaqların qanunsuz zəbt edilməsi və hasarlanması ilə bağlı məsələni hələ bir neçə il öncə Prezident İlham Əliyev də kəskin şəkildə pisləmişdi. Həmin vaxtı dövlət başçısının göstərişi ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Dostluq” parkı ərazisində qanunsuz inşa edilən evləri və hasarları sökdürmüşdü. Bu yerdə Prezident İlham Əliyevin həmin məsələ ilə bağlı etdiyi çıxışını xatırlatmaq istəyirəm: "…Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, "Dostluq” parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur! Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun! İndi o gün gəlirəm, görürəm ki, yenə də düz "Dostluq” parkının yanında – yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı! Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq! Heç kim çıxmadı! Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun! Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar! Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə, vəzifəli şəxslər nümunə göstərməlidirlər”.

Dövlət başçısının da vurğuladığı kimi, Xəzər rayonunda yerləşən sözügedən ərazi də zəbt edilib, qanunsuz tikililər aparılıb. Yəqin ki, sonra da bu qanunsuz sənədləşdiriləcək.

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir?



Qanunsuz tikililər eyni zamanda yolların yaşayış massivlərindən keçən hissələrində yenidənqurma və təmir prosesində çox böyük problemlər yaradır. Bu istiqamətdə də biz bütün lazımı jurnalist araşdırmaları apararaq, fotoçəkilişlər etmiş və mövcud problemlərlə bağlı müvafiq qurumlara sorğu göndərmişik. Çox təəssüf ki, sorğumuza Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən savayı, nə Bakı şəhər İcra Hakimiyyətindən, nə də Xəzər rayon İcra Hakimiyyətindən cavab verilməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov isə sözügedən qurum tərəfindən sorğumuza baxıldığını bildirib:

Prezidentin keçdiyi yolun üzərindəki torpaqları qanunsuz hasarlayan kimdir?



"Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin hasara alınması barədə elektron müraciətinizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılıb. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsinin hasara alınması barədə Komitəyə hər hansı məlumat daxil olmayıb”.

Sözügedən məsələ ilə bağlı digər müvafiq qurumların da məsələyə aydınlıq gətirilməsini gözləyirik!

Mənbə: İCMAL.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *