“AMAY” Beynəlxalq Bankı məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“AMAY” Beynəlxalq Bankı məhkəməyə verdi

“AMAY” Beynəlxalq Bankı məhkəməyə verdi

“A.M.A.Y. Holding” MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ödənilməmiş icarə haqqının tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb. Həmin qərardaddan narazı qalan “A.M.A.Y. Holding” MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi MMC-nin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən qüvvədə saxlayıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *