Bağla

AzNews.info



Bölmə: Sosial

Fazil Mustafa: Buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir

Fazil Mustafa: Buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir

Milli Məclis “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini müzakirə edib.

AzNews.info Publika.az-a istinadən xəbər verir ki, layihə barədə deputatlara komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri deyib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 173, əmək qabiliyyətli əhali üçün 183, pensiyaçılar üçün 144, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib: “Bu rəqəmlər əvvəlki illə müqayisədə 11 faiz çoxdur”.

Daha sonra deputat Fazil Mustafa sosial müavinətlar barədə danışıb. O deyib ki, yeni doğulan uşaqlara görə ödəniləcək müavinət artırılmalıdır: “Kənd təsərrüfatında yeni doğulan buzova görə 100 manat ödəniş olunur. Ancaq yeni doğulan körpəyə görə birbaşa müavinət 45 manatdır”.

Mənbə: Publika.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *