Azərbaycanda benzinlə bağlı daha bir XƏBƏR » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda benzinlə bağlı daha bir XƏBƏR - Başladı...

Azərbaycanda benzinlə bağlı daha bir XƏBƏR


“SOCAR Petroleum” QSC 7 yanacaqdoldurma məntəqəsində “Super” markalı benzinin satışına başlayıb.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, böyük müştəri kütləsinin “Super” (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız 7 müxtəlif ünvanda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.
“SOCAR Petroleum”un aşağıdakı yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışı həyata keçirilir:

1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı);
2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);
3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);
4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı);
5. Babək prospekti (şəhər mərkəzi istiqamətində);
6. Ziya Bünyadov prospekti;
7. Nobel prospekti.

Qeyd edək ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və “Euro-5” ekoloji standartın tələblərinə cavab verir.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *