“Həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“Həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın” – FOTO

“Həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın”

...Hər dəfə soyuqlar düşəndə atamın ölümünü xatırlayıram. Xəstəliklər, ağrı-acılar ondan sonra qapımızı tanıdı”...

Bunu Bakı Dövlət Universitetinin 4-cü kurs SABAH qruplarının tələbəsi Nurlan Məmmədəliyeva deyir.

Şəkidə yaşayan Məmmədəliyevlər ailəsinin faciəli günləri ailə başçısının ölümü ilə başlayıb. Ata qaraciyər sirrozundan dünyasını dəyişib. Ana yeganə övladı Nurlanı böyütmək üçün işləməyə məcbur olub. Amma çox keçməyib ki, onda da xərçəng xəstəliyi aşkarlanıb. Hazırda ağır vəziyyətdədir, xəstəlik bütün orqanlarına yayılıb. Nurlan isə ailənini yeganə övladı kimi anasının ağır günlərində ona yardım edə bilmir, çünki özü də yataq xəstəsinə çevrilib. İndi çarəsiz durumda ona yardım edilməsini gözləyir.

“Atam öləndə 7 yaşım vardı. Anam işlədi, birtəhər dolanırdıq. Anam xəstələnəndən sonra vəziyyətimiz daha da ağırlaşdı. Bizə yardım edəcək kimsəmiz yoxdur”, - deyə Nurlan ailəsinin başına gələnləri virtualaz.org-un əməkdaşına danışır.

“Həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın”
“Həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın”


Nurlan anadangəlmə sol ayağının çıxığı ilə dünyaya gəlib. Atasının ölümünə qədər müalicə alıb, sonradan isə maddi imkansızlıqdan prosedurlar yarımçıq qalıb. 12 yaşından isə belində dözülməz ağrılar yaranıb, bəlli olub ki, onurğasında əyrilik, yəni skolioz var. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunmasını tövsiyə ediblər. Amma ailənin maddi durumu ağır olduğundan əməliyyat baş tutmayıb. “Neçə illərdir idman və masajla skoliozun qarşısını almağa çalışırdıq. Təəssüf ki, nəticəsi olmadı, son bir neçə aydır ki, ağrılar dözülməzdir, artıq sərbəst hərəkət edə bilmirəm”, - deyir Nurlan.

Bir neçə xəstəxanada müayinədən keçən Nurlana təcili əməliyyat tövsiyə edilib. Gənc qızın yuxarı ətrafları S-vari 87 faiz, aşağı ətrafları isə 98 faiz əyilib, əməliyyat olunmayacağı təqdirdə çanaq qabırğa ilə birləşəcək. Bu isə Nurlanın ömür boyu yataq xəstəsi olması deməkdir: “Həkim dedi ki, implant alınmalıdır, bu isə ən azı 12-15 min dollara başa gələcək. Onurğanın tam düzəlməsi üçün təkrar əməliyyatlara ehtiyac var. Anamdan vəziyyətimi gizlədirəm, axı ona stres keçirmək olmaz. Hazırda kimyaterapiyası alır, həkimə yalvarmışam ki, müalicəni yarımçıq saxlamasın, pul tapana kimi möhlət versin. Kimyaterapiyası ömrünü bir neçə ay uzada biləcək”.

Nurlan əlaçıdır, ayda 130 manat təqaüd alır, elə bu təqaüdlə də dolanır. Ötən il Təhsil Nazirliyinin SABAH qruplarına daxil olub, maddi durumu çətin olduğundan, qrupun yataqxanasında yerlə təmin edilib.



Qrup yoldaşları deyir ki, yataqxanada gündə 3 dəfə qidalanma 120 manata başa gəlir. Nurlan isə səhər yeməyindən imtina edib. Çünki 40 manatla yolpulu və digər xərclərini ödəməyə məcburdur. “Nurlan səhərləri ac qalır. Bunu hamıdan gizlətməyə çalışır. Ona kömək etməyə çalışırıq, amma maddi imkanımız yoxdur”, - bizi yataqxanada qarşılayan dostlarından biri əlavə edir.

Dostları onu da deyir ki, Nurlan olduqca mehribandır, onu hər kəs sevir. Faciələrlə dolu həyat yaşasa da, əl açmağı sevmir, hətta dostlarına ümid verir. Buna görə də, onu tanıyanların hər biri yanında olmağa çalışır. Nurlan da dostlarının mənəvi dəstəyi olmadan bir-birinin ardınca gələn zərbələrə dözə bilməyəcəyini deyir.

“Bəzən ağrıdan dişlərini sıxdığını, güclə yeridiyini görürük. Amma məcburiyyət qarşısında dərsə gedir. Ayı başa vurmaq üçün 130 manat əlaçı təqaüdünə ehtiyacı var. Hələ anasının müalicəsini davam etdirmək üçün necə çırpındığını görmək lazımdır”, - bunu da qrup yoldaşları söyləyirlər.

İndi Nurlan xeyirxah insanların köməyinə möhtacdır. Əməliyyat üçün 45 min manat lazımdır. Dostları Nurlana yardım ümidi ilə “Həyat Fondu”na da müraciət ediblər, amma hələlik kömək əlini uzadan yoxdur…

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Salam, mən Məmmədəliyeva Nurlan Rəşid qızı. Bu xəbər 2018-ci ildə sizin saytınızda da yerləşdirilmişdi və elə sizin sayt vasitəsilə bir şəxs mənə yardım etmişdi. Əvvəlcə mənə kömək etdiyiniz üçün sizə gec də olsa, təşəkkürümü bildirirəm.
Artıq əməliyyatımdan 5 il ötüb. 07.02.2023 tarixində son müayinəmə getdikdə onurğama yerləşdirilən implantların zədələnməsi nəticəsində onurğa sümüyündə qırılmalar yaranıb və mən ilfic olma təhlükəsi ilə qarşı-qarşıyayam. Həkimin təcili olaraq əməliyyat olunmağımı bildirir. Lakin mənim əməliyyat xərclərini qarşılamağa maddi imkanım yoxdur.
Uzun illər anamın xərçəng xəstəliyi ilə mübarizə aparmışam, amma təəssüf ki, onu həyatda saxlaya bilmədim. Ailənin tək övladıyam və hal-hazırda heç kimim yoxdur. Hazırda evim yoxdur və Bakıda kirayə qalıram. Aldığım əmək haqqım isə yalnız kirayə dərman xərclərimi qarşılayır. Əməliyyat üçün isə 12000 ( on iki min ) dollar vəsait lazımdır. Öz müalicəmlə və anamın müalicəsi ilə əlaqədar dəfələrlə banklardan kredit götürmüşəm və hələ də həmin kreditləri ödəməyə çalışıram. Hazırda banklara ümumilikdə 8000 kredit borcum olduğu üçün artıq əlavə məbləğ də götürə bilmirəm.Əməliyyatım isə ən geci Aprel ayında olunmalıdır. Lakin öz gücümlə həmin vaxta kimi məbləği tapmağım imkansızdır. İllərdir, öz ayaqlarım üzərində durub təhsilimdə, işimdə irəliləməyə çalışmışam. Amma skalioz xəstəliyi və sonuncu qoyulan diaqnoz mənim həyatımı çətinləşdirir.
Sizdən xahişim, yenidən mənim haqqımda bir məlumat paylaşasınız. Bir ümid, bəlkə yenə yardım edilər. Xəstəliyimlə bağlı qeyd etdiyim bütün məlumatları müalicə aldığım Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalından və həkimim ortoped-vertebroloq Dr. Yusif Zeynalovdan təsdiq edə bilərsiniz.
Əlaqə üçün nömrəm: 0506008475

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *