QHT-lərə Dövlət Dəstəyi Şurasında iclas keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

QHT-lərə Dövlət Dəstəyi Şurasında iclas keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə birgə Şuranın maliyyə dəstəyi ilə film festivalı keçirir. Festivalın məqsədi QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği, mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etməkdir. Bununla bağlı Şura tərəfindən peşəkar kino mütəxəssislərinin daxil olduğu münsiflər heyəti yaradılıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən Oxu.Az-a bildiriblər ki, noyabrın 14-də münsiflər heyətinin iclası keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı dövrdən indiyədək milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib.

SSRİ dövlət mükafatı laureatı, Xalq Artisti, professor, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünün təqdirəlayiq olduğunu, festivalın keçirilməsinin kinonun və bütövlükdə mədəniyyətin inkişafına xidmət etdiyini bildirib. Ş.Məmmədova cəmiyyət həyatının bütün sahələri ilə bağlı mövzularda maarifləndirmə işi aparmaq üçün kinonun çox səmərəli vasitə olduğunu vurğulayıb.

Münsiflər heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi, professor, ARKİ-nin birinci katibi Cəmil Quliyev layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Qeyd edib ki, festival cəmiyyətdə estetik zövqün, mədəniyyətin inkişafına və Şuranın maliyyə yardımı ilə icra olunan layihələr çərçivəsində görülmüş işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. Film festivalı ilə bağlı elan oktyabrın 25-də verilib. Festivalda iştirak etmək üçün QHT-lər müvafiq qaydada Şuraya müraciət edib. Münsiflər heyətinə 2008-2016-cı illərdə hazırlanmış yüzdən çox film təqdim olunub. C.Quliyev münsiflər heyəti üzvlərinin fərdi qaydada hər bir filmi ayrılıqda və xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndirdiyini diqqətə çatdırıb.

Münsiflər heyətinin digər üzvləri - SSRİ dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin hazırladıqları filmləri yüksək qiymətləndiriblər. Onlar təşkilatların ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd edib, festivalın keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

Münsiflər heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.

Film festivalının yekun tədbiri, təqdimetmə mərasimi noyabrın 24-də saat 11:00-da “Fairmont” otelində keçiriləcək.
QHT-lərə Dövlət Dəstəyi Şurasında iclas keçirilib
QHT-lərə Dövlət Dəstəyi Şurasında iclas keçirilib

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *