“Qarabağ”ı təhqir edən qəzet üzr istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol, Media

“Qarabağ”ı təhqir edən qəzet üzr istədi – FOTO

“Qarabağ”ı təhqir edən qəzet üzr istədi


“Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edən Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel Azərbaycan xalqından üzr istəyib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şəbnəm Qarslı özünün "Facebook" səhifəsində yazıb.

“Sabah qəzetinin baş redaktoru İsa Tatlıcanın dəvəti ilə redaksiyada görüşdük. İsa bəy həm qəzetin, həm də məqalənin müəllifi Mövlud Tezelin qərəzli olmadığını, sadəcə, “uğursuz məqalə”nin yazılıb yayınlandığını bildirdi və təkrar olaraq Azərbaycan xalqından üzr istədi.

Yazıçı Mövlud Tezel də Ermənistanla haqlı mübarizəsində hər zaman Azərbaycanın tərəfində olduğunu və bu xalqı çox sevdiyini bildirdi. Tezel həm Azərbaycan xalqından, həm də Qarabağ futbol klubunun azarkeşlərindən üzr istədi. O, koreoqrafiyaya dəstək verərək, etdiyi səhvi düzəltməyi və Azərbaycan xalqının sevgisini qazanmaq istədiyini xüsusi qeyd etdi.

Qeyd edim ki, Mövlud bəy müəllifi olmadığı, lakin onun adından screen şəklində paylaşılan "twit"dən də narahat olduğunu bildirdi. O, türk millətinə mənsub olduğunu və dünyanın hər yerində türk xalqlarının yanında olduğunu vurğuladı”, - deyə Ş.Qarslı yazıb.

“Qarabağ”ı təhqir edən qəzet üzr istədi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *