Bağla

AzNews.info



Azərbaycanda görmə problemli insan qalmayacaq

Azərbaycanda görmə problemli insan qalmayacaq



Kontakt linzaların ekzotik və əlçatmaz olduğu vaxtlar artıq geridə qalıb. Bir zamanlar Qərb qadınlarının geyimlərinə uyğun olaraq gözlərinin rəngini asanlıqla dəyişməsinə qibtə etdiyimiz halda, indi dünyanın ən böyük şirkətlərinin linzalarını rahatlıqla əldə edə bilərik. Bunun üçün isə, artıq vaxt sərf edərək optikalarda gəzməyinizə ehtiyac yoxdur.

Azərbaycanda görmə problemli insan qalmayacaq


AzNews.info xəbər verir ki, artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərən Linzalar.az saytı bu yöndə mühüm addımlar atmaqdadır.
Belə ki, Linzalar.az saytında siz evdən bayıra çıxmadan, onlayn şəkildə dünyanın ən məşhur kontakt linza istehsalçılarından sayılan Alcon və Acuvue kontakt linzalarını Azərbaycanda ən ucuz qiymətə əldə edə bilərsiniz. Şirkət rəhbərliyi, bununla Azərbaycanda görmə problemi olan və eynəkdən istifadəni kompleks edən insanların kontakt linzadan istifadəsini stimullaşdırmaq və bu sahədə olan stereotipləri qırmaq istəyir.

Linzalar.az saytında siz optik linzalarla yanaşı rəngli və rəngli-optik linzalar da əldə edərək öz imicinizdə dəyişikliklər edə və fərqli görünüşünüzlə diqqət mərkəzində qala bilərsiniz. Linzalar.az saytında siz Air Optix nəslinə aid olan Aqua, Night and Day, Hydraglyde kimi aylıq linzalar, Dailes Aqua Comfort, Dailies Total 1 kimi Alcon məhsullarını, o cümlədən Johnson & Johnson şirkətinin istehsal etdiyi Acuvue Oasys, Acuvue Moist, Acuvue Trueye linzalarını əldə edə bilərsiniz. Rəngli linzalardan isə Air Optix Aqua, Pretty Eyes Young və sairə linzalardan savayı, dünyanın ən çox satılan linzası sayılan Freshlook linzaları təklif olunur.

Eyni zamanda sayt noyabr ayında 1 şanslı qalibə 4 fərqli rəngdə Pretty Eyes Young linzalarını hədiyyə edəcək. Bunun üçün saytın rəsmi facebook səhifəsini (https://www.facebook.com/linzalaraz/) bəyənmək və (müvafiq postu) paylaşmaq lazımdır. 4 noyabr tarixində seçiləcək qalib sözügedilən linzalara sahib olacaq.

Azərbaycanda görmə problemli insan qalmayacaq


Qeyd edək ki, Linzalar.az rəhbərliyi gözlərinizin sağlamlığına ciddi önəm verməyinizi, və görmə probleminin daha da kəskinləşməməsi üçün original linzalardan istifadə etməyinizi tövsiyə edir. Original linzaların üzərində bu linzaların Azərbaycandakı partnyorlarının hologramı olmasına fikir verməniz xahiş olunur.

Bəs kontakt linzaların nə kimi üstünlükləri var?

1. Eynəkdən fərqli olaraq kontakt linza gözlə birgə hərəkət edərək görmədə heç bir məhdudiyyət yaratmır və görmə bucağınız tam açıq olur.
2. Soyuq havadan isti havaya keçərkən (əsasən qış mövsümündə eynəklərinizdə bunu 100% müşahidə etmisiniz) kontakt linzalar tərləmir və görüntü problemi yaşamırsınız.
3. Eyni zamanda üzərinə yağış və qar damcısı düşmədiyindən havadan asılı olmayaraq hər zaman aydın görüntüyə sahib olursunuz.
4. Kontakt linza çox yüngüldür və demək olar ki, hiss olunmur.
5. İdmanla məşğul olarkən eynəyin yaratdığı problemlərdən azadsınız.
6. Eyni zamanda gündəlik linzalarda siz hətta dənizdə və ya hovuzda üzə bilər və görmə problemindən burada da azad ola bilərsiniz.
7. Kontakt linza sizə gün eynəyinizi istifadə etməkdə heç bir məhdudiyyət yaratmır.
8. Bəzi UV qorumaya malikdirlər ki, bunun da sayəsində sizin gözləriniz kompüterin və günəşin zərərli şüalarından qorunmuş olacaq.

Azərbaycanda görmə problemli insan qalmayacaq


Kontakt linzanın uşaqlar üçün ziyanlı olması stereotipləri də yanlışdır. Əksinə, məktəbli yaşlarında eynəklə dərsə göndərilən uşaqların bir çoxunun məktəbə çatar-çatmaz eynəyi çıxardaraq çantasına qoyduğunu bilirdinizmi? Yaşıdlarının qınağından qorxan bu uşaqlar görmə problemi ilə, yaşamağı daha üstün tutur. Bununla da, valideynlərin övladlarının görmə problemini eynəklə həll etmə istəyi boşa çıxmış olur və övladlarının dərslərində axsamalar qaçılmaz olur. Kontakt linzalarda isə, bu problem yaşanmır və övladlarımız məktəbdə heç bir kompleks yaşamadan təhsilinə davam edir.

Bu və digər sizi maraqlandıran suallarla bağlı, ətraflı bilgi əldə etmək istəyirsinizsə Linzalar.az-ın mütəxəssislərinə müraciət edə bilərsiniz. Bunun üçün, saytdakı “Həkimə sual” funskiyasından istifadə etməniz və ya whatsapp nömrəsinə yazmağınız kifayətdir.

Mənbə: AzNews.info

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *