Bağla

AzNews.info



Bölmə: Sosial, Təhsil

Deputat: Dərsliyi yazanlar tarixdə belə dövlətin olmadığını yaxşı bilirlər

Deputat: Dərsliyi yazanlar tarixdə belə dövlətin olmadığını yaxşı bilirlər


“Xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirəm. Ancaq bunun məkrli məqsədlərlə edildiyini də istisna etmirəm”.

AzNews.info-nun məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ölkəmizdə dərsliklər dövlət dilimiz olan Azərbaycan dilində yazılır, sonra isə müvafiq dillərə tərcümə edilir:

“Bütün variantlarda verilən fotoşəkillər, sxemlər, xəritələr və s. də eyni olur. Burada fərq ola bilməz, ümumi qayda belədir. Yaranmış qeyri-normal şəraitdə bir neçə ciddi sual yaranır: dərsliyin orijinalı olan Azərbaycan dilindəki və tərcümə edilmiş gürcü dilindəki variantlarında həmin üzdəniraq, qondarma xəritə olmadığı halda rus variantına necə daxil edilib? Bu işi kim, hansı məqsədlər üçün edib? Axı, həm dərsliyi yazanlar, həm də Təhsil Nazirliyi tarixdə "Böyük Ermənistan" adlı dövlətin olmadığını yaxşı bilirlər. Dərslik işi ilə məşğul olan peşəkarlar da yaxşı bilirlər ki, dərslik yazılması və nəşrində qəbul edilmiş ümumi bir qayda var: dərsliyin bütün dillərdə olan variantlarının elmi redaktorları nəşrə gedən varianta (həm mətnə, həm şəkillərə, həm sxemlərə, həm də xəritələrə və s.) tarixi göstərib, imza atmayınca heç bir nəşriyyat onu qəbul etməz və nəşri üçün məsuliyyəti öz üzərinə götürməz”.

M. Qasımlı əlavə edib ki, xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edir:

“Ancaq hadisənin məkrli məqsədlərlə edildiyini də istisna etmirəm. Bu barədə müəyyən mülahizələrim olsa da, fikir yürütmək istəmirəm. Ona görə də hesab edirəm ki, Təhsil Nazirliyi mövcud halı ciddi şəkildə araşdırmalı və digərlərinə ibrət olmaq, gələcəkdə belə kobud səhvlərə yol verməmək üçün təqsiri olanları sərt şəkildə cəzalandırmalı, dərslik yazılması üçün keçiriləcək tender prosesinə yaxın buraxmamalıdır. Çünki belə hallar sonda ictimai rəyi zədələyər və daha ağır proseslərə gətirə bilər. Həm də unutmaq lazım deyil ki, dərslik yazmaq və nəşr etdirmək dövlət siyasəti olduğundan bu prosesin başlanğıcından sonunadək bütün mərhələlərində iştirak edənlərin hamısında məhz dövlətçilik məfkurəsi olmalıdır. Həmin şəxslər yad məlumatların və materialların təsiri altına düşməməlidirlər”.

Mənbə: APA

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *