Bağla

AzNews.info



Namiq Mənaya vəzifə verildi

Namiq Mənaya vəzifə verildi


Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib.

AzNews.info xeberle.com-a istinadla xəbər verir ki, yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub.

O, ədəbi ictimaiyyətə təqdim olunub. Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib.

Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev (Məna) 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində, fəhlə ailəsində anadan olub. 12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan Namiq Məna 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin kino aktyorluğu fakültəsini bitirib.

O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb.

Mənbə: Xeberle.com

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *