Bakıda “Qarabağ”-“Roma” oyunu üçün pulsuz avtobuslar işləyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol, Avto

Bakıda “Qarabağ”-“Roma” oyunu üçün pulsuz avtobuslar işləyəcək

Bakıda “Qarabağ”-“Roma” oyunu üçün pulsuz avtobuslar işləyəcək


Sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması xüsusi ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də, taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq.

Bu səbəbdən də biletli tamaşaçılara Bakı Olimpiya Stadionuna rahat və vaxtında gəlmək üçün metrodan və ekspress xətt avtobuslarından istifadə etmək tövsiyə edilir.

Əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri qaytarılacaq.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də, əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *