“Qarabağ” – “Roma” oyununa bu qədər bilet satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol

“Qarabağ” – “Roma” oyununa bu qədər bilet satılıb

“Qarabağ” – “Roma” oyununa bu qədər bilet satılıb


Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matça bilet satışı davam edir.

Oxu.Az xəbər verir ki, bu qarşılaşmaya satılan biletlərin sayı artıq 40 minə çatıb.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *