Sabah Yerə tarixin ən böyük asteroidi yaxınlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Sabah Yerə tarixin ən böyük asteroidi yaxınlaşacaq

Sabah Yerə tarixin ən böyük asteroidi yaxınlaşacaq


Sabah Yerə yaxınlaşacaq “Florence” asteroidi Bakı vaxtı ilə 16.06-da Yerlə ən yaxın məsafədə olacaq.

AzNews.info-nun xəbərinə görə, bunu Trend-ə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

“Florence”in Yerə yaxınlaşan ən böyük asteroid olduğunu deyən X.Mikayılov qeyd edib ki, sabah 16.06-da həmin asteroidlə Yer arasındakı məsafə 7 milyon km olacaq.

Bunun çox böyük məsafə olduğunu açıqlayan direktor müavini qeyd edib ki, “Florence” Yerə cənub-şərq istiqamətindən başlayaraq yaxınlaşacaq, cənub-qərb istiqamətindən isə uzaqlaşacaq:

“Asteroid üfüqdən 30 dərəcə hündürlükdən – təxminən ekvator müstəvisindən yuxarıdan keçəcək. Asteroid keçən zaman hava işıqlı olacağından biz onun Yerə yaxınlaşma anını adi gözlə müşahidə edə bilməyəcəyik. Amma sentyabrın 1-də axşam onun Yerdən uzaqlaşmasını 10-15 sm-lik teleskoplarla müşahidə etmək olar”.

X.Mikayılov “Florence” asteroidinin yaxınlaşmasının Yer üçün heç bir təhlükə yaratmadığını da söyləyib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *