Dünyada yeni böhran-Avropada yumurtalarda zəhər aşkarlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Dünya

Dünyada yeni böhran-Avropada yumurtalarda zəhər aşkarlanıb

Dünyada yeni böhran-Avropada yumurtalarda zəhər aşkarlanıb


Zəhərli yumurta ilə bağlı böhran Avropada təşviş yaradıb.

AzNews.info Modern.az-a istinadən xəbər verir ki, Almaniyadan sonra artıq İspaniyada da zəhərli yumurta aşkarlanıb.

Məlumata görə, bu ölkədə 20 min zəhərli yumurta təsbit edilib. Səhiyyə Nazirliyi təcili yoxlamalara başlayıb və əhaliyə xəbərdarlıq edilib. İspaniyanın muxtar ərazisi olan Bask bölgəsindəki bir şirkətdə böcək dərmanı "Fipronil" ilə zəhərlənmiş 20 min yumurta təsbit edilib. İspan Qida Sağlamlığı, Qida və İstehlakçı agentliyindən verilən məlumatda zəhərli yumurtaların paylama zəncirinə girmədən təsbit edildiyi, bu səbəbdən də insanların sağlamlığı üçün hər hansı bir riskin olmadığı ifadə edilib.

Səhiyyə Nazirliyi isə təcili yoxlama çağırışı edərkən zəhərli yumurtaların önümüzdəki günlərdə məhv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, avqustun əvvəlində Hollandiyada fermalarda heyvanlara istifadəsi qadağan olunan Fipronil adlı böcək dərmanının yumurtalarda olduğu təsbit edilmişdi. Fransa Kənd Təsərrüfatı Nazirliyi zəhərli yumurtaların Fransaya satılmış olma ehtimalı olduğu üçün istintaq tədbirləri görmüşdü. Fipronil qalıqlarının sənaye üsulları ilə hazırlanan sendviç, salat və müxtəlif qida məhsullarında də aşkarlandığı üçün Almaniya yumurta və mayonez tərkibli 6 sənaye istehsalı olan salatın satışdan yığışdırıldığını açıqlamışdı. Artıq zəhərli yumurtalara İspaniya, Fransa, Almaniya, Slovakiya, Danimarka da daxil olmaqla 18 ölkədə rast gəlinib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Les charmes de Halloween sont ici, pandora pas cher la fa?on la plus simple de mesurer votre bracelet Pandora est de visiter une bijouterie et d'essayer différents bracelets de différentes tailles!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *