Həftənin ilk iş günü hava necə olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü hava necə olacaq?


Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq, lakin gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-6°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 75-85 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində bəzi yerlərdə yağmursuz olacağı, bəzi yerlərdə isə yağış və sulu qarın yağması gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər və axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Mərkəzi-Aran rayolnalında yerlərdə çiskinli, axşam isə yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *