Bağla

AzNews.info



Bölmə: Sosial, Kino, Maqazin

Guya çəkilən komediyaların hamısı elə yüksək səviyyədə çəkilir? – Tural Əhmədin MÜSAHİBƏSİ

Guya çəkilən komediyaların hamısı elə yüksək səviyyədə çəkilir?


Arzu Bayramova: "Bu dəfəki müsahibim istedadlı aktyordur. Məncə bu gün biz Rasim Balayevi, Fuad Poladovu necə xatırlayıb və filmlərinə maraqla baxırıqsa bax həmin bu müsahibim Tural Əhməd’də belə olacaq. Əslində müsahibəmizdə aktyor bütün peşələri canlandırar deyə bir ifadə var doğurdanda bu belədə olmalıdır çünki, bizim zənnimizdə aktyora dəyər qatanda elə budur. Bax mən ona görə dedim ki, illər sonra Tural Əhməd deyiləndə inanıram ki, onunda filmləri Rasim Balayevin, Fuad Poladovun filmləri qədər izlənəcək. Dünya kino ulduzlarını istər qardaş Türkiyədə, istər Hollywood və Bolywood aktyorlarından heyranlıqla danışırıq amma həmin aktyorlardan bizdədə var sadəcə onları görüb dəstəkləmək onlar üçün ən böyük motivasiyadır."


- Salam!
Bildiyimə görə siz jurnalistika fakultəsini bitirmisiniz. Bəs aktyorluğu seçmənizə səbəb nə idi və bu sahəyə sizi nə bağlayırdı?

Əvvəla salam necəsiniz? həmişə də yaxşı olasınız

"Həmin gündən bu sənətə yolum düşdü bu günə kimi dostum Azər Cəfərə sağ ol deyirəm”


Bəli ilk təhsilim jurnalistikadır. O, vaxt müəyyən səbəblərdən incəsənət universitetinə sənəd verə bilmədim. Heç evdən də aktyor olmağımı heç vaxt istəməzdilər. Elə oldu ki, jurnalistika fakultəsinə qəbul oldum. Amma heç vaxt nə həvəslə, nə də ürəklə orada təhsil almadım. Çünki, ürəyimcə olan sənət deyildi daha doğrusu mənim sənətim deyildi. Aktyor olmaq istədiyimə səbəb isə bu sənəti dəli kimi sevməyim olub. Elə uşaqlıqdan bu sənəti sevmişəm. Məni tanıyanlar da bunu təsdiqləyə bilərlər bu normal sevgi deyil aşırı və heç bir vaxt tükənməyəcək bir sevgidir bu sənətə. Bu da təsadüfən oldu 2008 -ci ildə metroda eskalatorla mən qalxırdım, birdən əsgər yoldaşım indi yaxın dostlarımdan biridir Azər Cəfəri gördüm. O da qalxdı yuxarı görüşdük. Söhbət əsnasında soruşdu ki, Tural aktyor olmaq istəyirsən? dedim uşaqlıq arzumdur Azər Cəfər mənə söylədi ki, belə bir kinoakademiya var, mən ora sənədlərimi vermişəm, gedək sən də ver. Həmin gündən bu sənətə yolum düşdü bu günə kimi dostum Azər Cəfərə sağ ol deyirəm. Nə yaxşı onda çıxdı qabağıma. İndi bilmirəm işə saldı məni, yoxsa xoşbəxt elədi (gülür)


- Deyilənə görə aktyorluq ən çətin peşələrdən biridir, çünki, insan hər dəfə yeni rolu, yeni obrazı, personajı canlandırmalı olur. Bu düzgün deyimdir?

"Amma aktyor həm bərbər olur, həm mühasib..."


Əlbətdə aktyorluq çox çətin peşədir. İnsan var özünə bir peşə seçir məsələn bərbər, mühasib, usta və s. Amma aktyor həm bərbər olur, həm mühasib, həm usta, həm fəhlə, həm musiqiçi və s. Bir sözlə bütün peşələrin sahiblərini canlandırır. Hər dəfə də başqalaşır, dəyişilir oynadığı rollarda.

- Sizi sevən tamaşaçıya üç kəlimə ilə nə söylərdiniz?
Məni sevən tamaşaçıların qarşısında baş əyirəm, həmişə var olsunlar. Onlara üç kəlmə deyə bilərəm ki, "məndə sizi sevirəm”...

- Həmdə Bakı bələdiyyə teatrının aktyorusunuz. Mənə maraqlıdır serialda oynamaq asantdır yoxsa teatrda?

"Tamaşaçılarla üz-üzə oynamaq biraz da artırır sənətə olan məsuliyyət həyəcanını”


Bəli, Bakı bələdiyyə teatrının aktyoruyam və bu teatrda olduğuma görə çox sevinirəm. Teatrımızın rəhbəri gözəl sənətkarımız Amaliya xanım Pənahova başda olmaqla bütün kollektivimizi sevirəm. Bilirsiniz, hər ikisində çətindir oynamaq. Amma serial, filmdə belədir ki, nəsə alınmayanda, sözlərdə çaşanda, oynadığın rol xoşuna gəlməyəndə yenidən oynamaq imkanın olur. Amma teatrda bunlar hamısı bir nəfəsə oynanılır. Tamaşaçılarla üz-üzə oynamaq biraz da artırır sənətə olan məsuliyyət həyəcanını. Ona görə də teatrda daha çətindir məncə



- Hal-Hazırda aktyorların vəziyyəti sizi qane edir?

"Maddiyat məsələsi həmişə problem olub bizdə”


Aktyorların vəziyyəti qane edir deyəndə maddi tərəfi nəzərdə tutursunuzsa təbii ki, yox cavabı verərəm. Maddiyat məsələsi həmişə problem olub bizdə. Camaatın aktyoru serialda bir günə elə məbləğdə pul qazanır ki, biz o pulu bir serial boyu görmürük. Nə isə, danışdıqca adam əsəb keçirdir ümid edək ki,düzələr.

- Son zamanlar əksər filmlər komedi janrında çəkilir. Sizcə rejisorlar ciddi dram filmi çəkməkdən qorxurlar yoxsa belə filmlər gəlir gətirmədiyi üçün çəkmirlər?

"Təbii komediya da lazımdır amma bu demək deyil ki, dram kinolarının üstündən xətt çəkəsən”


Bəli, nədənsə indi komediya janrında filmlər çəkməyə üstünlük verirlər. Bu da siz dediyiniz kimi gəlir gətirdiyinə görə. Amma inandırım sizi dram filmləri də tez-tez çəkilsə, yaxşı çəkilsə, ssenaridən tutmuş hər şey bir-birini tamamlasa tamaşaçı da baxacaq. Guya çəkilən komediyaların hamısı belə yüksək səviyyədə çəkilir? qətiyyən. Camaatda sanki adət halını alıb gedib baxsınlar bu filmlərə. Təbii komediya da lazımdır amma bu demək deyil ki, dram kinolarının üstündən xətt çəkəsən. Pərdə filmini çəkəndən sonra az sayda tamaşaçı gəlib baxmışdı. Sonra pulsuz baxış olmuşdu bir neçə dəfə, inanın yer yox idi oturmağa, insanlar yerdə bardaş qurub baxırdılar filmə. Bir çoxu da sonra dedi ki, heyf gəlib kinoteatrda baxmamışıq. Təssüf ki, bu belədir. Amma məsələn elə dünən kino günündə İlqar Nəcəfin "Nar bağı" filimini izlədim. Hər tərəfli çox xoşuma gəldi. Hər şey əla idi.


- O düzdür ki, tamaşaçını sağlam yumorla güldürmək çətindir?

Əlbəttə tamaşaçanı sağlam yumorla güldürmək çətindir. Söyüşlə güldürməyə nə var ki, o, vaxt məgər söyüşə gülürdük? Yol əhvalatı filmində Eldəniz Zeynalov deyir ki, "Mən hələ o, teziki demirəm Siyavuş Aslan soruşur "arvadundu”? " həm də çox ciddi şəkildə . İstər-istəməz gülürsən düşdüyün vəziyyət maraqlı olmalıdı sadəcə..


- Hansı dünyaca məşhur rejisorun filmində rol almaq istərdiniz?

"Xəyallarla yaşamağı isə heç sevmirəm”

Nə deyim vallah (gülür) öz məmləkətimizdə hələ aktyor kimi öz sözümü deməmişəm. Dünyaca məşhur rejissorun filmində çəkilmək istəyi xəyaldı hal-hazırda. Xəyallarla yaşamağı isə heç sevmirəm.


- Nə vaxtsa Tural Əhmədi rejisor kürsüsündə görə bilərik?
Hələ bir aktyor kimi sözümü deyim ondan sonra baxarıq. Özümü rejissor kimi nə vaxtsa görsəm, hazır bilsəm yoxlamaq olar. Amma o da hələ olsa..


- Heç olub ki, canlandırdığınız mənfi və ya müsbət rola görə tamaşaçı sizə iradını bildirsin?

"Metroda yaşlı bir qadın camaatın içində mənə dediki,”


Olur əlbəttə! Bəzən yaxşı sözlər deyirlər, bəzən tənqid edirlər, hətta məsləhət də verməyə başlayır ki, belə oyna. Qınamıram heç kimi qıraqdan savaş həmişə asan görünür, vay o savaşın içində özün olasan. Bəzən belə hadisələr də olur:
Dəfnə ağacı serialında mənfi obrazda idim. Metroda yaşlı bir qadın camaatın içində mənə dediki, heç utanırsan boyundan?
Utanmırsan əə?
Oğlanı öldürüb atdın o uşağın boynuna? (gülür)
Deyirəm ay xala mən Kamran deyiləm mən Turalam. Deyir nə təhər Kamran deyilsən? osan da bir sözlə o, qadını başa sala bilmədim ki, mən həyatda özüməm.

- Sizin üçün ən yadda qalan rolunuz hansıdır?

"Ürəyimdə qaldı o rol”

Bütün rollarım yadımdadır hamısı da mənə əzizdir. Hərəsinin öz yeri var."Həyat çiçəyi" adlı serial çəkilirdi o vaxt. Fuad Poladovun oğlu rolunda idim. Çox heyf ki, serialı yarımçıq saxladılar. Ürəyimdə qaldı o rol

Sizə də təşəkkür edirəm var olun. Həyat yollarınızda uğurlar arzu edirəm

Mənbə: Melumat-merkezi.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *