Azərbaycanda Ay və Günəş tutulmaları baş verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Azərbaycanda Ay və Günəş tutulmaları baş verəcək

Azərbaycanda Ay və Günəş tutulmaları baş verəcək


Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək.

AzNews.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: “Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisəni Azərbaycandan da izləmək mümkün olacaq. Belə ki, gün batandan sonra Ay tutulmasının bir hissəsini görmək imkanı yaranacaq”.

X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun 21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq: “Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək”.

Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *