Bakıda “Fransız tətilləri”nə başlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Bakıda “Fransız tətilləri”nə başlandı

Bakıda “Fransız tətilləri”nə başlandı


Bu gün Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramı təqdim edilib.

Proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olublar. Uşaqlar yelpiyin məşhur dilini öyrənməklə yanaşı, hətta bir-biri ilə bu dildə ünsiyyət qurublar.

Qeyd edək ki, gün ərzində tanınmış bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *