Əməkdar artist Azər Mirzəyevin anım günüdür » AzNews.info -Xəbər portalı

Əməkdar artist Azər Mirzəyevin anım günüdür

Əməkdar artist Azər Mirzəyevin anım günüdür


Bu gün Əməkdar artist Azər Mirzəyevin vəfatından 3 il ötür.

Oxu.Az xəbər verir ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də, Zərdab rayonunda, müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsi ilə Sabirabad rayonuna köçən A.Mirzəyev orta məktəbi burada başa vurub və 1968-ci ildə SSRİ Xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub.

1974-cü ildə ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən ömrünün son günlərinədək həmin teatrın səhnəsində yaddaqalan obrazlar yaradıb.

Aktyor 19 iyul 2014-cü ildə ürək tutmasından dünyasını dəyişib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *