“Fontan vuran” qarpız alıcını şoka saldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

“Fontan vuran” qarpız alıcını şoka saldı – VİDEO (YENİLƏNİB)

“Fontan vuran” qarpız alıcını şoka saldı


“Gün qabağında qalan, xarab olan qarpızlar kəsiləndə onun içərisindən su “fontan vurub” çıxa bilər”.

AzNews.info xəbər verir ki, bunu Femida.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi xüsusi cihaz vasitəsilə qarpızlar üzərində ötən il və bu il monitorinqlər aparıb: “Bu il apardığımız monitorinqlərin nəticəsi olaraq onu deyə bilərəm ki, satışda olan qarpızların tərkibində nitridlərin (kübrə) miqdarı normadan artıqdır. Qarpızın bir kiloqramında yol verilən nitridlərin maksimum miqdarı 60 milliqram ola bilər. İnsanın zəhərlənmə həddi isə 200-300 milliqramdır. Monitorinqlərimizin nəticəsində məlum oldu ki, satışda olan qarpızların əksəriyyəti yüksək faizli nitridlərlə zəngindir”.

E.Hüseynov onu da əlavə etdi ki, əhali qarpızı seçərkən diqqətli olmalıdır: “Nitridsiz qarpızın çəkisi 3-4 kiloqram ola bilər. Qarpızın qabığı yarım santimetrdən artıq olmamalıdır. Qarpızın rəngi çəhrayı yox, tünd-al qırmızı olmalıdır. Ola bilər ki, çəhrayı rəngli qarpız şirin olsun. Bu, aldadıcıdır. Ehtiyatlı olmaq lazımdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə qarpızın içərisindən qazın çıxmasını əks etdirən video yayılıb. Həmin qarpızın Bakıda marketlərdən birindən alındığı deyilir.

12:50

Bakıda fəaliyyət göstərən marketlərdən birində xarab və dərmanlı qarpızların satıldığı iddia edilir.

AzNews.info xəbər verir ki, bu barədə baku.ws-ə Yasamal rayon sakinləri məlumat veriblər.

Buna sübut kimi, redaksiyaya göndərilən videoda görünür ki, kəsilən qarpıza bıçaq vurulan kimi qıcqırmış su çıxmağa başlayır.

Həmçinin iddia olunur ki, dərman vurulan qarpızın kəsildikdən sonra xoşagəlməz qoxusu yayılır. Alıcılar gördüklərinə inana bilmədiklərini bildiriblər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *