Piyadaların diqqətinə: Sarı xətti keçən cərimələnəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Piyadaların diqqətinə: Sarı xətti keçən cərimələnəcək

Piyadaların diqqətinə: Sarı xətti keçən cərimələnəcək


Koroğlu metrostansiyası yaxınlığında yerləşən avtobus dayanacağında piyadalar üçün yeni cərimələr tətbiq ediləcək.

AzNews.info big.az-a istinadən xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan cərimələrin miqdarı məlum olub.

Hüquqşünas Ərşad Hüseynov, dayanacaq ərazisində sarı xətti keçən piyadaların cərimə edilməsindən söz açıb: “Piyadaların qadağan edilmiş sarı xətti keçməsi həm də insanların düşüncə məsələsidir. Bütün qayda-qanunlar insanların təhlükəsizliyinə xidmət edən bir məsələdir. Hökm deyil ki, hər kəs cərimələnməlidir. İnsanların daxilindən də öz təhlükəsizliklərini düşünmək istəyi gəlməlidir. Əgər cərimə edilmirsə, bu, o demək deyil ki, qaydalara laqeyd yanaşmaq lazımdır.

O ki qaldı cərimənin məbləğinə, bu, çox güman ki, 20 AZN civarındadır. Çünki hər bir halda yolu piyadaların keçidi üçün nəzərdə tutulmayan hissəsindən keçənlər 20 AZN cərimələnir”.

Mənbə: Big.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *