Bakıda maraqlı əyləncə: Yaxta turu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bakıda maraqlı əyləncə: Yaxta turu – QİYMƏTLƏR

Bakıda maraqlı əyləncə: Yaxta turu


Səyahət və macəra həvəskarları üçün Bakıda maraqlı tur təşkil olunacaq.

AzNews.info fins.az-a istinadən xəbər verir ki, tur iyulun 9-da 3 müxtəlif vaxtda baş tutacaq. Turlara 09:00;12:00 və 15:00-da başlanılacaq.

Toplanış yeri Dənizdənarı Milli Parkda, Yaxt Klubun qarşısında olacaq. Elə tur da buradan başlayacaq.

Səyahət iştirakçıları müasir yaxta ilə 2 saatlıq dəniz gəzintisinin dadını çıxacaqlar. Yaxta sahildən 500-1000 metr məsafədə uzaqlaşacaq. Tur zamanı əyləncəli oyunlar olacaq. Bundan başqa, DJ-in maraqlı ifaları da təşkil olunacaq.

Həmçinin, yaxta qonaqlarına sendviç, desert, meyvə, meyvə şirələri və sərin sular pulsuz təqdim olunacaq. Turun qiyməti 0-5 yaş uşaqlar üçün pulsuzdur. Böyüklər üçün isə yaxta turu 55 manata başa gələcək.

Qeyd edək ki, 5 yaşdan yuxarı bütün yaş təbəqələri üçün biletin qiyməti dəyişməz olaraq qalır.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *