Almaniyada avtobus qəzasında 18 nəfər ölüb » AzNews.info -Xəbər portalı

Almaniyada avtobus qəzasında 18 nəfər ölüb – YENİLƏNİB

Almaniyada avtobus qəzasında 18 nəfər ölüb


Almaniya polisi Bavariyada baş verən avtobus qəzası zamanı 18 nəfərin ölümünü təsdiqləyib.

Oxu.Az-ın məlumatına görə, qəza bazar ertəsi, iyulun 3-də, Almaniyanın cənubunda başverib.

Saksoniyadan turistləri daşıyan avtobus yük maşını ilə toqquşub və alovlanıb. Avtobusda 46 sərnişin və iki sürücü olub.

Qeyd edilir ki, ölənlərin əksəriyyəti 66-81 yaşlarında qadın və kişilərdir.

14:16

Almaniyanın Bavariya bölgəsində içərsində turistlər olan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 31 nəfər xəsarət alıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

İnformasiyaya əsasən, avtobus yük maşını ilə toqquşduqdan sonra yanıb.

Avtobusda 48 sərnişin olub. Onların 17-nin taleyindən hələ məlumat yoxdur.

İlkin məlumata görə, avtobus Nyürnberqə doğru hərəkət edirmiş.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *