15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur » AzNews.info -Xəbər portalı

15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur – FOTO

15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur


Xəbər verdiyimiz kimi, iyunun 17-də Bakıda “Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.

AzNews.info-nun Milli.Az-a istinadla məlumatına görə, finala vəsiqə qazanan 17 qız və 17 oğlan iştirakçı birincilik uğrunda mübarizə aparıb. Sonda qaliblər Raziyyat Əliyeva (“Miss Azerbaijan – 2017”) və Əli Hüseynov (“Mister Azerbaijan – 2017”) olub.

Müsabiqədə “Miss Baku” tituluna isə 15 yaşlı Arzu Hüseynzadə layiq görülüb. Yarışma ilə bağlı fikirlərini bildirən Arzu qeyd edib ki, bu sahədə özünü sınamaq istəyi çoxdan yaranıb:

“Ağlım kəsəndən özümü bu sahədə görmək istəmişəm. Arzuma çatmaq üçün yarışmaya qatıldım. Çox çətin idi, çünki güclü rəqiblərim vardı. Bütün gücümlə çalışdım ki, mənə güvənən insanların inamını sarsıtmayım. Həyəcanlı idim. Bu da məsuliyyət hissindən doğurdu. Məndə qorxu yoxdur. Qorxmaq zəiflərə məxsus xüsusiyyətdir”.

Gənc modelin sözlərinə görə, modellik barədə xüsusi dərslər alır:

“İnternet vasitəsilə bilgimi çoxaltmağa çalışıram. Bacardığım qədər bu işin peşəkarı olmaq istəyirəm. Çox istərdim ki, modellik bizdə də Avropadakı kimi inkişaf etsin və insanlar model sahəsinə daha təbii yanaşsınlar. Standartlardan bir az uzaq olub, öz stillərini yaratsınlar”.

Qeyd edək ki, Arzu modelliklə yanaşı musiqi ilə də məşğuldur. O, Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil alır.
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur
15 yaşında Bakının ən gözəl qızı seçildi: Məndə qorxu yoxdur

Mənbə: Milli.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Ultra-cool Nike running shoescheap nike air max for sale
Have this running shoes you can go to the peak of life
Your fate is destined to need such a running shoes

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *