Azərbaycanda ana oğlunu öldürən gənci bağışladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Azərbaycanda ana oğlunu öldürən gənci bağışladı

Azərbaycanda ana oğlunu öldürən gənci bağışladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Facebook-da bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.info qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə 2016-cı il dekabrın 14-də, Bakının Nəsimi rayonunda, “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

İttihama münasibət bildirən M.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O, Ələkbər öldürmək niyyəti olmadığını bildirib: “Söhbət edəcəkdim, amma mübahisə düşdü”.

Mərhum Ə.Muxtarovun anası Ülviyyə Məcidova məhkəmədə ifadə verərək oğlunun dostları ilə görüşmək adı ilə evdən çıxdığını deyib: “Bu məsələ barədə heç nə bilməmişəm. Oğlumun öldüyünü polis deyəndə bildim”.

Ü.Məcidova şikayətçi olmadığını deyib: “Şikayət etsəm, nə olacaq ki? Hadisədir də, olub”.

M.Hüseynov qətlə yetirdiyi 21 yaşlı Ələkbərin anasından üzr istəyib: “Çox peşmanam, belə olmasını istəməzdim”.

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *