7 gözəl Bakı sakinlərini heyran qoydu » AzNews.info -Xəbər portalı

7 gözəl Bakı sakinlərini heyran qoydu – FOTO

7 gözəl Bakı sakinlərini heyran qoydu


“Ozal.az” bacarıqlı əlləri vahid platformaya topladı

AzNews.info xəbər verir ki, “Bacarıqlı əllər”i vahid platformaya toplayan “www.ozal.az” saytının təqdimat sərgisi baş tutub. 10 – 11 iyun tarixlərində “Park Bulvar” Ticarət Mərkəzində təşkil olunmuş sərginin məqsədi əl işləri ilə məşğul olan insanların işlərini nümayiş etdirmək, həmçinin “bacarıqlı əllər” fəaliyyətiylə məşğul olan insanların əl işlərini vahid platform olan “www.ozal.az” saytı üzərindən çox rahat şəkildə satışını təmin etməkdir.
Özəl şirkətinin və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilən sərgidə insanlar orijinal, zərif, yaradıcı işlərə tamaşa edərək, onların hazırlanma qaydası ilə tanış olub və musiqili şou-proqramı izləyiblər. 2 gün ərzində davam edən sərgidə “bacarıqlı əllər”in təqdim etdiyi bir-birindən maraqlı, toxuculuq, dekorativ sənət, rəsm, vitraj kimi master-klasslar keçirilmiş, Sona xanımın xanımın əl işləri olan geyimlər gözəl modellərimiz “İkinci Vise Miss Top of the World 2015” Tehranə Bəhruzi, Miss of Azerbaijan 2016 finalçısı Kamilla Babintseva, top model Vüsalə Məmmədovanın təqdimatında nümayiş olunmuşdur. Sərgiyə gələn qonaqlar, həmçinin gənc müğənni və musiqiçilərimiz, Əli Faiq Mirzənin, Elşən Məmmədovun, gitarada Faiq Qurbanovun, skripkaçı Orxan Rəhimovun təqdimatında musiqiləri dinləyiblər. Sərgi uşaqlar üçün də maraqlı keçib. Beləki, uşaqlar üçün hazırlanmış şou proqramlar, face-art və Kamerton rəqs məktəbinin uşaqlarının çıxışları, onların sevincinə səbəb olub.

Qeyd edək ki, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin rezidenti olan Özəl MMC bacarıqlı insanların əl işlərinin, ev şəraitində hazırlanan hər bir məhsulun onlayn satışını, qablaşdırılmasını və birbaşa alıcıya çatdırılmasını təşkil etmək və bununla bağlı müştəri xidmətini yüksək səviyyədə təmin etmək üçün bütün ev məhsullarını www.ozal.az saytında cəmləmiş startapdır. Gənc şirkətin məqsədi ev dadını, əl əməyini yüksək qiymətləndirən, daha fərqli və kreativ, sənətkarların hiss və duyğularının təcəssümündən yaradılmış əşyaların, hədiyyələrin axtarışında olan hər kəsə bu məhsulları əlçatan etmək və eyni zamanda əl işlərini hazırlayan insanlara satışla bağlı yaranan problemlərin həllində kömək olmaqdır.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib olmuş “Yeddi gözəl” poemasının qəhrəmanlarının - 7 fərqli ölkəyə məxsus gözəllərin geyimləri 10-11 iyun 2017-ci il tarixində, Bakı şəhəri Park Bulvar AVM-də təşkil olunmuş sərgidə təqdim olunub. Layihənin rəhbəri və libasların müəllifi, dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova “Yeddi gözəl” layihəsi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Layihənin fotoqrofu James Francodur.

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu

7 gözəl Bakı sakinlərini heyran qoydu


Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *